“Namaz qıl, hədiyyə qazan”

namaz-qil-hediyye-qazan
Oxunma sayı: 701

“Azerimuslims.com” xarici KİV-ə istinadən bildirir ki, Türkiyənin Urfa şəhərində uşaqların məscidə cəlbi məqsədilə “Haydı uşaqlar məscidə!” kampaniyası keçirilir. Urfa şəhərindəki “Özlək” məscidinin imamı tərəfindən təşkil olunan kampaniya çərçivəsində “Namazını məsciddə qıl, xalları topla və mükafatı qazan” şüarı altında yarışma başladılıb.

Şəhərin avtomobil seriya nömrəsinə müvafiq şəkildə 63 gün davam edəcək kampaniya müddətində məsciddə beş vaxt namaz qılan şagirdlərə noutbuk, futbol topu və velosiped kimi hədiyyələr veriləcək.

Təşkilatçı imam iki gün əvvəl başladılan kampaniyada qeydiyyatdan keçən 165 azyaşlının mükafatları qazanmaq üçün azan oxunar-oxunmaz məscidə qaçdıqlarını deyib. İmam yarışda yer tutan uşaqlara noutbuk, futbol topu velosiped və digər hədiyyələrin veriləcəyini deyərək, tədbirin keçirilməsində məqsədin uşaqlarda namaz qılma vərdişinin formalaşdırılması olduğunu qeyd edib.