Namiq Ələkbərovun qətlə yetirildiyi sübuta yetirildi - Yenilənib

namiq-elekberovun-qetle-yetirildiyi-subuta-yetirildi-yenilenib-
Oxunma sayı: 673

Yasamal rayon Prokurorluğundan “Qafqazinfo”ya verilən məlumata görə, bir neçə il əvvəl Daxili İşlər Nazirliyinin 2 saylı poliklinikasının rəisi işləmiş Namiq Ələkbərovun qətlə yetirildiyi sübuta yetirilib.

Ötən il dekabrın 14-nə keçən gecə Yasamal rayonu Əhməd Cəlil küçəsi, ev 83 ünvanında meyiti tapılmış 52 yaşlı N.Ələkbərovun ölümü ilə bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, hadisə baş verən vaxt mərhumun meyitinin yanında “Makarov” tipli tapança aşkarlanmışdı.

***

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə “Qafqazinfo”ya bildirib ki, Namiq Ələkbərovun ölümü ilə bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işinin başlanması haqda məlumat həqiqətəuyğun deyil. E. Sultanov deyib ki, qeyd edilən cinayət işinin istintaqı həmin məcəllənin 125 və 228.1-ci maddələri ilə davam etdirilir.