“Namiq, məndən nə istəyirsən? Get...”

namiq-menden-ne-isteyirsen-get
Oxunma sayı: 683

“Qafqazinfo”nun məlumatına görə. A. Kazımova ATV-nin “10-lar” verilişinə müsahibəsində deyib ki, o, artıq "arzuladığı şahzadəsini" tapıb və Namiqə də öz həyatını yaşamağı məsləhət görüb: “Namiq, get öz həyatını yaşa. Məndən nə istəyirsən? Necə ola bilər ki, o, məni sevib, amma bunu heç yerdə deməyib və indi birdən-birə bu sevgi haqda danışmağa başlayıb? Bütün bunlar yalandır. O, bunu efirdə deyibsə, demək, reklama ehtiyacı var".

Hazırda sevdiyini də dilə gətirən Aygün Kazımova bildirib ki, onda sevgi bir neçə janrda olur: “Əvvəl meyxana janrında idi, indisə Avropa janrındadır. Hazırda o, məndən uzaqda olsa da, bunu hiss etmirəm. Hər gün onun zəngini gözləyirəm. Ondan zəng gələn zaman isə ürəyimdə təsəvvür edilməsi mümkün olmayan nələrsə baş verir. Amma hələ ərə getmək haqda düşünmürəm. Namiqlə də 7 il nikahsız yaşamışam. Amma sevimli ekstrasenslərim ərə gedəcəyimi bildirirlər".

Nigar