Nar Mobile ABŞ-ın Müstəqillik Gününə həsr olunmuş tədbirə dəstək olacaq

nar-mobile-abs-in-musteqillik-gunune-hesr-olunmus-tedbire-destek-olacaq
Oxunma sayı: 652

Hər zaman yenilikci olan və telekom sektorunda bir çox yenilikçi layihələrə imza atan Nar Mobile, Amerikanın Azərbaycandakı Ticarət Palatasının (AMCHAM) təşkilatçılığı ilə iyun ayının 30-da keçiriləcək ABŞ-ın Müstəqillik Gününə həsr olunmuş piknik mərasiminin kommunikasiya tərəfdaşı olub. Şirkətdən “Qafqazinfo”ya verilən məlumata görə, tərəfdaşlıq razılaşması çərçivəsində, Nar Mobile, tədbirin keçirələcəyi The Jumeirah Bilgah Mehmanxanasında tədbir üçün ayrılmış xüsusi zonanı pulsuz internetlə təmin edəcək. Mərasimdə Amerikanın Ticarət Palatasının üzvləri, işçiləri, onların ailə üzvləri, o cümlədən Azərbaycanın biznes icmasını təmsil edən bir çox şirkətlər iştirak edəcək.

Azərbaycanda hər il belə tədbirlər keçirilir. Bu ilk növbədə ölkələr arasında olan humanitar və iqtisadi əməkdaşlığın sayəsində mümkün olub. Bu cür tədbirlər ölkələr arasında isti münasibətlərin, iqtisadi sahədə əməkdaşlığın inkişafı təmin edən amillərdəndir. Nar Mobile-da öz növbəsində Azərbaycan və onun tərəfdaşları arasında beynəlxalq səhnədə qurulmuş bütün növ münasibətlər dəstəkləyir və hər zaman bü cür tədbir və mərasimlərə öz kommunikasiya tərəfdaşlığını əsirgəmir.

Nigar