Nar Mobile-ın dəstəyilə “Eurovision 2012”ə dəstək konserti

nar-mobile-in-desteyile-eurovision-2012e-destek-konserti-
Oxunma sayı: 644

Nar Mobile-dən “Qafqazinfo”ya verilən məlumata görə, konsertin əsas məqsədi beynəlxalq mahnı müsabiqəsi ərəfəsində insanlarda müsabiqəyə marağı və ruh yüksəkliyini artırmaq olub. Yüksək səviyyədə keçən konsertdə dünyaca məhşur müğənnilər – Emin Ağalarov, Ani Lorak, Diana Qurskaya, Anri Coxadze və digərləri öz ifaları paytaxt sakinlərini valeh ediblər.

“Bu yaxınlarda biz Nar Mobile “Avroviziya Azərbaycan” fan klubunun rəsmi sponsoru olduğumuzu elan etmişdik. Bu tərəfdaşlığı sayəsində biz aprel ayının sonunda Bakı sakinlərini eyni zamanda qarşıdan gələn “Eurovision” mahnı müsabiqəsinə dəstək olmaq üçün möhtəşəm konsert düzənlədik. Şirkətimiz hər zaman Azərbaycanın tanınması üçün bu tipli konsertlərə və digər layihələrə öz dəstəyini əsirgəmir. Məhz bu siyasətin davamı kimi və “Eurovision” mahnı müsabiqəsilə əlaqədar olaraq bu ərəfədə Nar Mobile artıq bölgələrdə daha bir neçə konsert və layihəsini təqdim edəcək. Bütün bunlar vətəndaşlarımıza, xalqımıza olan sevginin bariz nümunəsidir” – deyə şirkətin Biznesin İnkişafı və Kommunikasiyalar üzrə İcraçı Direktoru Leyla Nəsrullayeva bildirib.
Nar Mobile brendi ilə tanınan Azerfon şirkəti 2007-ci ildə fəaliyyətə başlayıb. Azerfon şirkətinin şəbəkəsi hazırda Azərbaycanın 80% əhatə edir və yüksək səviyyəli rabitə xidmətlərinin təqdim olunması məqsədilə ölkəyə üçüncü nəsil şəbəkəsini 3G texnologiyasına əsaslanan xidmətləri tətbiq edir .


Nigar Məmmədli