“Nar”dan Olimpiyaçılarımıza dəstək

nardan-olimpiyacilarimiza-destek
Oxunma sayı: 665

Nar Mobile mobil operatoru da öz növbəsində bu qələbəyə sevinir, idmançılarımızı və bütün xalqımızı ürəkdən təbrik edir: “Bu günlərdə idmançılarımız boks (91 kq), kanoy, gimnastika, taekvondo və digər idman kateqoriyaları üzrə oyunlarda iştirak edəcəklər. Biz daha çox nailiyyətlərin əldə olunmasına ümid edirik. Nar Mobile, Olimpiya Oyunlarında iştirak edən növbəti idmançılara uğurlar diləyir və hər zaman onlara dəstək olmağı şirkətin qarşısına qoyduğu vacib bir şərt kimi yanaşır. Biz Nar Mobile şirkəti olaraq ölkəmizi təmsil edən hər bir idmançı ilə fəxr edirik”.

Qeyd edək ki, London 2012 Olimpiya Oyunlarında sərbəst güləş üzrə 48 kq kateqoriyasında çıxış edən Mariya Stadnik gümüş medal qazanıb. Bu günə qədər London 2012 Olimpiaya Oyunlarında idmançılarımız 4 medal (2 gümüş və 2 bürünc) əldə edib..