Narkoloji Dispanserin baş həkimi barədə cinayət işi başladı

narkoloji-dispanserin-bas-hekimi-barede-cinayet-isi-basladi
Oxunma sayı: 1007

“Qafqazinfo”ya daxil olan həmin məlumata görə, Dispanserin bir qrup həkimi burada baş verənlər barədə səhiyyə nazirinə, baş prokurora və ölkə prezidentinə müraciət ediblər. Nəticədə isə Korrupsiya ilə Mübarizə İdarəsi K. Vəliyevanın əməlləri barədə cinayət isinə başlayıb.

Məlumatın dəqiq olub-olmadığını öyrənmək məqsədilə Səhiyyə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Mətbuat xidmətindən bildirdilər ki, onlarda hələki belə bir məlumat yoxdur və belə xəbərlərin haradan qaynaqlandığı da onlara qaranlıqdır.

Nigar Məmmədli