NASA Qiyamətlə bağlı açıqlama yaydı

nasa-qiyametle-bagli-aciqlama-yaydi
Oxunma sayı: 660

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, “Maya təqviminin sonu gəldiyi üçün bu il dekabrın 21-də Qiyamətin başlanacağı” kimi xurafata inananlara NASA sevindirici xəbər verib.

Mərkəzdən bildiriblər ki, 2012-ci ildə qorxuya düşüləcək heç bir astornomik hadisə olmayacaq.

Verilən açıqlamada, 21 dekabrda ilin ən uzun gecəsindən başqa xüsusi bir vəziyyətin olmayacağı bildirilib.

Qeyd edək ki, Maya təqvimində 144 min gün sonra Qiayamət günü olacağı ilə bağlı nəzəriyyə yer alıb. Bu nəzəriyyələr arasında hansısa planetin Yer kürəsi ilə toqquşacağı, qütblərin öz yerini dəyişdirəcəyi ehtimalları da var.