NATO baş katibinin qolu sındı

nato-bas-katibinin-qolu-sindi-
Oxunma sayı: 641

NATO-nun baş katibi Anders Foq Rasmussen velosipeddən yıxılaraq qolunu sındırıb. “Qafqazinfo”nun məlumatına görə, NATO-nun rəsmi nümayəndəsi Oana Lunkesku Rasmussenin meşədə velosiped sürərkən yıxıldığını deyib. Onun sözlərinə görə, baş katib hazırda özünü yaxşı hiss edir, lakin bir neçə gün istirahət etdiyi üçün işə gəlməyəcək.

Bu həftə Rasmussen Latviya, Litva və Estoniyaya səfər etməli idi. Baş verən insident səbəbindən səfərlə təxirə salınıb.