NATO-dan Azərbaycana dəstək

nato-dan-azerbaycana-destek
Oxunma sayı: 652

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev jurnalistlərə açıqlamasında sənədin 47-ci bəndində Azərbaycanın ərazi bütövlüyünə dəstək və hörmət edildiyinin vurğulandığını bildirib: “Bu göstərir ki, Azərbaycanın ərazi bütövlüyü növbəti beynəlxalq təşkilat tərəfindən dəstəklənir. Sənədi imzalayanlar arasında dünyanın aparıcı ölkələri, eyni zamanda Minsk qrupuna daxil olan ölkələr var”.

Ermənistanı Çikaqo samitində təmsil edən Edvard Nalbandyan NATO-nun məlum bəyyanaməsinin “üzücü” olduğunu söyləyib. Bəyannamədə “xalqların öz müqəddəratını təyinetmə” məsələsinə toxunulmadığını bildirib:“Bu bəyannamə Dağlıq Qarabağ probleminin həlli prosesinə zərər verir. Bununla yanaşı bölgədəki sabitliyi təhülkə ilə üz-üzə qoyur”.