Naxçıvan 7 rəqəmliyə keçdi

naxcivan-7-reqemliye-kecdi
Oxunma sayı: 677

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, telefon istifadəçilərinin diqqətinə çatdırılır ki, bundan sonra 7 rəqəmli nömrə planına keçidlə əlaqədar Şərur rayonundakı 44-lə başlayan (44-XX-XX) telefon nömrələrinin ilk iki rəqəmi əvəzinə 552 (552-XX-XX), “Naxtel”-in 40-la başlayan (40-XX-XX) nömrələrinin ilk iki rəqəminin əvəzinə 554 (554-XX-XX), rayonlarda istismar edilən digər telefon nömrələrinin əvvəlinə 5 rəqəmi əlavə edilməklə yığılmalıdır.

Nigar Məmmədli