Naxçıvanda jurnalistin məktəbli qızını döydürdülər

naxcivanda-jurnalistin-mektebli-qizini-doydurduler
Oxunma sayı: 639

“Qafqazinfo”nun məlumatına görə, bu barədə bu gün Bakıda “Naxçıvan konteksində Azərbaycanda insan haqlarının durumu” mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edən məktəblinin atası Elman Abbasov bildirib. RATİ və ABŞ-in Marşal Fondunun birgə təşkilatçılığı ilə keçirilən konfransda E. Abbasov deyib ki, onun qızı məktəbdə olarkən yuxarı sinfdə təhsil alan oğlanlardan biri qızın sifətinə zərblə yumruq vuraraq qaçıb. Nəticədə qızın burnu sınıb, üzündə qara ləkələr əmələ gəlib.

E. Abbasov deyib ki, ona və ailəsinə qarşı baş verənlər birinci dəfə deyil: “Mənə və ailəmə qarşı dəfələrlə belə təzyiqlər baş verib”.