Nazarbayev varisini elan etdi

nazarbayev-varisini-elan-etdi
Oxunma sayı: 663

Qazaxıstan prezidentinin baş müşaviri Yermuxamet Yertisbayev Rusiyanın “Kommersant” qəzetinə açıqlamasında bildirib ki, əgər Nazarbayev qəfildən hakimiyyətdən getsə, ölkənin idarəçiliyini nəhəng “Samruk-Kazina” holdinqin başçısı, prezidentin ortancıl qızı Dinaranın həyat yoldaşı Timur Kulibayev öz üzərinə götürəcək.
Yertisbayevin sözlərinə görə, prezidentin gözlənilmədən hakimiyyətdən getməsilə əlaqədar fövqəladə vəziyyət yaranacağı halda, onun strateji kursunu Kulibayev davam etdirməyə qadirdir.

Qeyd edək ki, qazax rəsmiləri açıq şəkildə Nazarbayevin mümkün varisi haqda ilk dəfədir danışırlar. Nazarbayev son həftələrdə rəsmi tədbirlərdə görünmür. Rəsmi məlumatlarda onun məzuniyyətə çıxdığı bildirilir. Almaniyanın “Bild” qəzeti isə Nazarbayevin prostat əməliyyatı keçirmək üçün Almaniyadakı klinikalardan birinə yerləşdirildiyini yazıb. Kulibayevin mümkün varis olması haqda söhbətlər çoxdan gedirdi.