Nazim İbrahimovun qurumuna alternativ yaradılır

nazim-ibrahimovun-qurumuna-alternativ-yaradilir
Oxunma sayı: 662

Qurultayın təşkilatçılarından olan İzmir-Azərbaycan Kültür Mərkəzi başqanı Cemal Mehmethanoğlu o zaman mətbuata şok açıqlamalar vermişdi. O bildirmişdi ki, Xaricdə Yaşayan Azərbaycanlılarla İş Üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov qurultayın keçirilməsinə mane olmaq istəyib. Hətta qurultayın təxirə salınması üçün Cəmal bəyə qurultaya çəkdiyi xərcləri ödəmək üçün pul da təklif edib. Bütün problemlərə rəğmən İzmirdəki qurultay uğurla baş tutmuş, amma konkret bir təşkilat yaradılmamışdı.

Bu il həmin qurultayın təşkilatçıları daha da böyük bir işə imza atmaq qərarı veriblər. 2012-ci ilin aprel ayında İzmirdə Bütün Dünyada yaşayan Azərbaycan kökənli türklərin təmsil olunduğu Milli Konsey yaradılacaq. 3000 nəfərə qədər həmyerlimizin iştirakını nəzərdə tutan qurultayda Konseyin İdarə Heyəti və rəhbərliyi formalaşdırılacaq. Qeyd etmək istəyirik ki, bu öz böyüklüyünə görə dünyada Azərbaycan kökənli türklərin bir araya gəldiyi ən böyük Diaspora təşkilatı olacaq.