Nazir əhalinin gəlirlərindən danışdı

nazir-ehalinin-gelirlerinden-danisdi
Oxunma sayı: 661

“Qafqazinfo”nun məlumatına görə, bunu prezidentin iştirakı ilə Nazirlər Kabinetinin dünən keçirilən iclasında vergilər naziri Fazil Məmmədov deyib. Nazirin sözlərinə görə, milli valyutanın sabit kursunun saxlanılması və əhalinin ümumi gəlirlərinin yüksəlməsi fonunda inflyasiyanın cəmi 3,1 faiz təşkil etməsi hesabat rübündə banklara qoyulan əmanətlərin həcminin 4,3 faiz artmasına səbəb olub.

F. Məmmədov əlavə edib ki, vergitutma bazasını genişləndirmənin əsas metodlarından biri də sahibkarlıq subyektlərinin fəaliyyətində şəffaflığın artırılması, nağdsız hesablaşmalara üstünlük verilməsi, müasir dünyanın istifadə etdiyi ödəniş alətlərinin tətbiqinin genişləndirilməsidir: “Artıq Bakı şəhərində posterminal quraşdırılmalı 25 445 aktiv obyektin 18 minində və ya 71 faizində, turizm sektoruna aid olan obyektlərin isə 90 faizindən çoxunda fəaliyyət göstərir. Qalan obyektlərdə isə yaxın 15-20 gün ərzində posterminalların quraşdırılması başa çatdırılacaq. Beləliklə, 6-10 min arası əlavə posterminal fəaliyyət göstərəcək.

Nazirlər Kabinetinin yanacaqdoldurma məntəqələrində nəzarət-kassa aparatlarının tətbiqi haqqında müvafiq Qərarının icrası ilə əlaqədar çek vurulmadan neft məhsullarının və maye qazın buraxılmasını istisna edən nəzarət-kassa aparatlarının tətbiqinə başlanılıb, artıq mövcud yanacaqdoldurma məntəqələrinin 67,8 faizində bu tipli aparatların quraşdırılması təmin edilib”.

Nigar Məmmədli