Nazir “erməni soyqırımı yoxdur” dedi, istintaq başladı

nazir-ermeni-soyqirimi-yoxdur-dedi-istintaq-basladi
Oxunma sayı: 634

“Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunun illik toplantısından sonra Sürixdə “erməni soyqırımı yoxdur. Gəlsin məni tutsunlar” sözlərindən sonra Bağışa qarşı İsveçrənin erməni toplumunun şikayətindən sonra ilkin araşdırmalara başlanılıb.

Sürix dövlət prokuroru da məlumatı təsdiqləyib: “Keçən həftə prokurorluğumuza bu məsələ ilə bağlı ərizə daxil oldu. Ərizədə cənab Bağışın İsveçrə cəza qanununun 261. maddəsində irqçilik başlığı ilə yer alan qanunun əleyhinə hərəkət etdiyi deyilir. Prokurorluq iddianı ciddi qəbul edərək ilkin istintaqa başlayıb. İndi Egemen Bağışın ərizədə deyildiyi kimi erməni soyqırımını inkar sözlərini söyləyib söyləmədiyini araşdıracağıq. Diplomatik toxunulmazlığının olub-olmadığına baxacağıq. Nəticədə qanuna zidd bir durum varsa və diplomatik toxunulmazlığı yoxsa haqqında dava açacağıq”.

Səidə