Nazir məxfi sənədləri zibil qutusuna atır

nazir-mexfi-senedleri-zibil-qutusuna-atir
Oxunma sayı: 677

“Qafqazifo”nun məlumatına görə, “Daily Mirror” bugünkü xəbərində jurnalistlərin bir neçə dəfə bu işi görən Letvinin şəklini çəkdiklərini yazılıb.
Xəbər verilir ki, ilk şəkil sentyabrın 7-də çəkilib. Hadisəyə bir neçə jurnalist şahidlik edib. Xəbərdə qeyd olunur ki, səhər təxminən saat 7-də nazir əlində bir dəstə kağızla hökumət binasını tərk edir, onlara baxmağa başlayır, eyni zamanda kimləsə telefonla danışır. Bir neçə dəqiqədən sonra isə kağızlar zibil qutusuna atılır. Qəzet eyni hadisənin bir neçə dəfə təkrar oldunuğunu yazıb. “Daily Mirror” müxtəlif aspektlər üzrə xarici və Böyük Britatniyanın daxili siyasətinə aid olan yüzdən çox sənədə işarə edir. Qəzet yazır ki, bu sənədlərin arasında Pakistandakı vəziyyət, “əl-Qaida” terror təşkilatı və bu təşkilatın Böyük Britaniyaya qarşı təhdidləri barədə məlumatlar əks olunanları da var.
Letvinin mətbuat katibi bildirib ki, haqqında danışılan sənədlər xüsusi əhəmiyyətə malik deyil. Onun sözlərinə görə, nazir işdən əvvəl məktublara baxmaq vərdişinə malikdir.
Oliver Letvin Böyük Britaniyada ən nüfuzlu siyasətçilərdən biri hesab edilir. Eyni zamanda, onun fikri dağınıqlığı çoxdan istehza predmeti olub. Belə ki, “The Daily Telegraph” 2002-ci ildə nazir tanımadığı iki nəfəri evinə buraxdığını və bunun nəticəsində Londondakı evinin qarət olunduğunu yazmışdı.