Nazir müavini 87 yaşlı qocanı döydürüb - İddia

nazir-muavini-87-yasli-qocani-doydurub-iddia
Oxunma sayı: 647

Bu barədə “Azadlıq”a Məmmədtağı Məmmədovun özü bildirib.Onun sözlərinə görə, artıq 8 aydır ki, bağı əlindən alınıb.

Nazir müavini həmin yerdə özünə villa tikdirir: “Məni bağıma yaxın buraxmırlar. Bağımın yarısı quruyub, məhv olub. Baxıram idarələrin qarşısında yaşıllıq yaradırlar, sulayırlar, buna görə pul xərcləyirlər, amma mən zibillyi hazır yaşıllıq eləmişəm, onu da zəbt eləyirlər. Mənim bələdiyyə ilə 30 illik icarə müqaviləm var. Amma bu sənədə baxan yoxdur. Nadir Hüseynov bağımı əlimdən alıb, özümü döydürüb. Qabırğalarım, qolum sınıb. Hara müraciət edirəmsə, nəticəsi yoxdur”.

Məmmədtağı Məmmədov deyir ki, bağ saldığı ərazi əvvəllər zibillik olub: “Həmin ərazi MTN-in arxasında yerləşir. Mənim evim də ordadır. Əvvəllər zibillik idi. Mən oranı təmizlədim, yaşıllıq saldım. 30 min pul xərcləmişəm həmin bağa. Və neçə ildir ki, həmin bağla dolanıram. Amma indi bu adam gəlib bağımı zəbt edib. Nazir müavinidi deyə, heç kim ona bir söz demir. Mən prezidentə də müraciət etmişəm, nəticəsi yoxdur”.