Nazir oğlunun güdazına getdi

nazir-oglunun-gudazina-getdi
Oxunma sayı: 638

Milli.Az "İTAR-TASS"a istinadən bildirir ki, dövlət başçısı Q.Berdıməhəmmədov hökumətin genişləndirilmiş iclasında energetika və sənaye naziri Yarmuhamət Orazquliyevi işdən çıxarıb.

Prezident naziri "oğlunu pis tərbiyə etmək"də günahlandırıb.
Orazquliyev fevralın 12-də keçirilmiş prezident seçkilərində rəsmi namizədlərdən biri idi.

Hökumətin iclasında DİN başçısı İsgəndər Mullikov bildirib ki, Türkmənistan Politexnik İnstitutunun tələbələri, həm də yüksək çinli dövlət məmurlarının oğulları olan gənclər Aşqabaddakı qəzanın səbəbkarlarıdır.

"Əfsuslar olsun ki, bəzi rəhbər şəxslər övladlarının tərbiyəsinə yetərincə diqqət vermirlər. Halbuki rəhbərin nüfuzu onların övladlarının tərbiyəsi, ictimai yerlərdə necə davranmalarından da asılıdır", - Türkmənistan prezidenti deyib.

İclasda çıxış edən Y.Orazquliyev oğlunun hərəkətlərinə görə üzr istəyib.
Aşqabadda gənclərin törətdikləri qəza ilə bağlı Türkmənistan Politexnik Universitetinin rektoru Xıdır Saparaliyev işdən çıxarılıb, təhsil naziri Gülşad Məmmədova və onun müavini Gəldimurat Cumaquliyevə sərt töhmət verilib.