Nazir “Şahdağ”ın anonsunu verdi

nazir-sahdagin-anonsunu-verdi-
Oxunma sayı: 669

“Qafqazinfo”nun məlumatına görə, bunu prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, bu, 2010-cu ilə nisbətən 14 faiz çoxdur: “Ölkədə 508 mehmanxana fəaliyyət göstərir, orada yerləşdirilmiş şəxslərin sayı 2010-cu illə müqayisədə 16,3 faiz artıb, onların da 50 faizdən çoxu xarici ölkə vətəndaşlarıdır. Onu da qeyd etmək istərdim ki, 5 il öncə ölkəmizdə fəaliyyət göstərən mehmanxanaların sayı 300-dən az idi. Təkcə ötən il Azərbaycanda 30 mehmanxana və mehmanxana tipli obyekt istifadəyə verilib. Hazırda ölkə ərazisində 45 mehmanxana inşa edilir, 178 turizm şirkəti fəaliyyət göstərir”.

Ə. Qarayev həmçinin qeyd edib ki, hesabat dövründə, Qusar rayonunda “Şahdağ” Qış-Yay Turizm Kompleksinin tikintisi davam etdirilib: “Birinci mərhələdə nəzərdə tutulan işlər artıq tamamlanmaq üzrədir. Hazırda İsveçrə və Avstriya şirkətləri tərəfindən növbəti mərhələlər üzrə layihələndirmə işləri və marketinq araşdırmaları aparılır, Nəqliyyat Nazirliyi yolların tikinti-təmiri, “Azərenerji” elektrik xətlərinin çəkilməsi işlərini davam etdirir. İşlərin gedişatı göstərir ki, artıq bu ilin sonunda kompleks turist qəbuluna başlaya biləcək.

Hazırda, 2013-cü ildə Bakıda keçiriləcək II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı hazırlıq işləri görülür. Bu Forumun əhəmiyyəti ondan ibarətdir ki, UNESCO, İSESCO, BMT-nin Sivilizasiyalararası Alyansı, BMT-nin Ümumdünya Turizm Təşkilatı, Avropa Şurası və Avropa Şurasının Şimal-Cənub Mərkəzi, Euronews kimi nüfuzlu beynəlxalq qurumlar Azərbaycan paytaxtında həmtəşkilatçı qismində çıxış etməyə qərar veriblər və fərqli mədəniyyətlər arasında dialoq qurmağa məhz burada çalışacaqlar”.

Nigar Məmmədli