Nazir yeni televiziya yaratmaq təklifi irəli sürdü

nazir-yeni-televiziya-yaratmaq-teklifi-ireli-surdu
Oxunma sayı: 660

“Qafqazinfo”nun məlumatına görə, o, YAP-ın təşəbbüsü ilə keçirilən tədbirdə çıxış edərək Azərbaycanda Təhsil TV-nin yaradılmasının vacib olduğunu vurğulayıb. Nazir deyib ki, Azərbaycanda təhsil sahəsində gedən proseslərin ictimaiyyətə vaxtında çatdırılmasına ehtiyac var: “Bu televiziyada təhsillə bağlı müzakirələr təşkil olunmalı, təhsil sahəsindəki inkişaf insanlara çatdırılmalıdır. Mən düşünürəm ki, bu cəmiyyət üçün də maraqlı olur”.

Sədan Bünyadova