Nazir yüksək sürətə görə istefaya göndərildi

nazir-yuksek-surete-gore-istefaya-gonderildi
Oxunma sayı: 653

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, fevralın 3-də istefaya göndərilən nazirin polisləri aldatması faktı həyat yoldaşı ilə ayrıldıqdan sonra ortaya çıxıb. Hələ 2003-cü ildə Avropa Parlamentinin deputatı olduğu dövrdə London aeroportundan həyat yoldaşı ilə qayıdan siyasətçinin avtomobili polis işçiləri tərəfindən saxlanılır. Günahını boynuna almayan Xyun polisləri aldadaraq, avtomobili həyat yoldaşının idarə etdiyini bildirir. Qarşı tərəf də bunu tədiq etdikdən sonra cərimə xanımın adına yazılır.
2010-cu ildə Xyundan ayrılan həyat yoldaşı bir il sonra bu hadisəni “The Sunday Times” qəzetinə danışır. Bu etiraflar polislərin əlinə düşdükdən sonra siyasətçi və onun həyat yoldaşı istintaqa yanlış ifadə verməkdə ittiham olunurlar. Maksimum cəza kimi isə onlar azadlıqdan ömürlük məhrum edilə bilərlər.
Qeyd edək ki, müasir Britaniya tarixində belə bir yüksəkvəzifəli siyasətçi bu cür ciddi ittihamlara məruz qalmamışdı.


Səidə