Nazirin maşınında gəlin apardılar-Foto

nazirin-masininda-gelin-apardilar-foto
Oxunma sayı: 790

Nazir avtomobili ilə hərəkət edərkən yolda piyada gedən bəy və gəlin görüb. Buna biuganə qala bilməyən Davudoğlu maşının ön oturacağına keçərək yeni evlənən cütlüyü xidməti avtomobilə dəvət edib.

Nazirin sürprizindən heyrətlənən cütlük bu günü həyatları boyu unutmayacaqlarını ifadə edib. "Biz gəzmək üçün çıxmışdıq. Davudoğlunun maşınını görəndə ona sevgimizi nümayiş etdirmək üçün əl etdik. O da avtomobili saxlayıb bizimlə söhbət etdi, sonra isə bizi avtomobilinə mindirdi. Hətta yeməyə belə dəvət etdi".

Xarici işlər naziri cütlüklə zarafat etməyi də unutmayıb. Belə ki, bir km-ə yaxın nazir maşınında yol gedən gəlinin "indi biz nə olduq?" sualına o belə cavab verib: "Siz nazir, mən də sizin cangüdəniniz oldum".