Nazirlik 86 minlik cərimə yazdı

nazirlik-86-minlik-cerime-yazdi
Oxunma sayı: 665

Bu barədə “Qafqazinfo”ya nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 171 akt və protokol tərtib olunmuş, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 45 müddətli məcburi göstəriş verilib.

Ümumilikdə, 34 iş üzrə 86770 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 22 iş üzrə 3538.11 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 133 iş üzrə 68594.82 manat məbləğində ödəmə tətbiq edilibdir. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 8, icra qurumlarına isə 18 iş göndərilibdir.

Nigar