Nazirlik qocalar və internat evlərində bayram tədbirləri keçirib

nazirlik-qocalar-ve-internat-evlerinde-bayram-tedbirleri-kecirib-
Oxunma sayı: 662

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, tədbirlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavinləri İlqar Rəhimov və Natiq Məmmədov, Nazirliyin Aparat rəhbərinin müavini Elnur Kələntərov iştirak edib, dövlət himayəsində yaşayan insanlara təbriklərini və xoş arzularını ifadə ediblər.

Tədbirlərdə qeyd olunub ki, 163 nəfər insanın yaşadığı Müharibə və Əmək Əlilləri üçün Pansionatda yaxın vaxtlarda əsaslı təmir və yenidənqurma işlərinə, həmçinin bu pansionat üçün yeni korpusun inşasına başlanılacaq. Eyni zamanda, sosial cəhətdən həssas vətəndaşların reabilitasiyası işinin daha dolğun və səmərəli təşkili məqsədilə yeni sosial obyektlərin – Gözdən Əlillər üçün Tədris-Bərpa Mərkəzinin, habelə gözdən əlillər üçün 12 mərtəbəli 132 mənzilli, əlil və şəhid ailələri üçün 6 mərtəbəıli 54 mənzilli yaşayış evlərinin, Çernobıl Əlilləri üçün İxtisaslaşdırılmış Reabilitasiya Mərkəzinin, Penitensiar müəssisələrdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzinin, Yetkinlik yaşına çatmayanlar üçün Sosial Reabilitasiya Mərkəzi və Sosial Sığınacaqların, İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin inşası nəzərdə tutulur. Ramana Gənc Əlillərin Əmək və İstirahət evində isə əsaslı təmir və yenidənqurma işləri aparılır.
Heydər Əliyev Fondunun dəstəyi ilə nazirliyin nəzdindəki 3 saylı Şağan və 7 saylı Saray internat evlərində aparılan əsaslı təmir və yenidənqurma işləri nəti¬cəsində həmin müəssisələrdə uşaqlar üçün nümunəvi şərait yaradılıb, əlilliyi olan uşaqların bacarıqlarının inkişa¬fı üçün mühüm işlər görülüb. Bayram tədbirlərində dövlət himayəsində yaşayan insanlara hədiyyələr verilib.

Məlumat üçün bildirək ki, hazırda ölkə üzrə 14377 nəfər tənha ahıl vətəndaşa və əlilə evlərində sosial-məişət xidməti göstərilir.

Nigar Məmmədli