“Nazirlik siyasətə qarışıb” - Reaksiya

nazirlik-siyasete-qarisib-reaksiya
Oxunma sayı: 650

Bu barədə Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, məhkəmə qərarlarının vaxtında və tam icrası üzrə görülən tədbirlər bundan sonra da davam etdiriləcək.
Əvəz Zeynallı ötən gün ABŞ-ın ölkəmizdəki səfiri Metyu Brayzanın köməkçiləri ilə görüşüb: “Rəhbəri olduğum qəzetin ətrafında baş verən hadisələrlə bağlı geniş söhbət oldu. Azad mətbuata olan hücumlar, ”Yeni Müsavat" qəzetindən Kəmaləddin Heydərovun 1 milyon manat istəməsi də müzakirə mövzusu idi. Həmçinin Redaktorlar Birliyi və Mətbuat Şurasının fəaliyyəti barədə də danışdıq".
Ə.Zeynallı Ədliyyə Nazirliyinin yaydığı məlumata da aydınlıq gətirdi: “Bizim nüfuzumuza xələl gətirdikləri üçün Ədliyyə Nazirliyini məhkəməyə verəcəyik. Nazirlik siyasətə qarışıb. Dövlət məmurlarının bəzilərinin cangüdənləri rolunda çıxış edir”.
“Cərimələr nə vaxt ödəniləcək” sualına cavabında isə baş redaktor redaksiyadan müsadirə olunan avadanlıqların hərraca çıxarılmasını tələb etdi: “Zəhmət çəkib müsadirə etdiklərini satışa çıxarsınlar. Bu gündən etibarən cərimələrin ödənilməsiylə bağlı işə başlayacağıq. Biz məhkəmə proseslərinin qərarını gözləyirdik. Məhkəmənin çıxardığı qərardan sonra biz cərimələri ödəyəcəkdik. Ancaq Ədliyyə Nazirliyi siyasi sifarişi yerinə yetirib, müsadirəyə başladı ”.


azadliq.info