Nazirlik xəbərdarlıq etdi

nazirlik-xeberdarliq-etdi-
Oxunma sayı: 655

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, iyulun 24-25-də Abşeron yarımadasında zəif küləkli və bəzi saatlarda havada yaranan durğunluqla yanaşı güclü isti hava şəraiti meteohəssas insanlar üçün əlverişsizdir.

İyulun 24-də Bakıda və Abşeron yarımadasında yağmursuz hava şəraiti hökm sürəcək. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 23-27, gündüz 33-38 dərəcə isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Sahil, Şıxda 27-28 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 20-25, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 22-27 isti olacağı gözlənilir.