Nazirlikdə Şura yaradıldı

nazirlikde-sura-yaradildi
Oxunma sayı: 654

Nazirlikdən “Qafqazinfo”ya verilən məlumata görə, konfransda Əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov, Azərbaycan həmkarlar ittifaqları konfederasiyasının sədri Səttar Mehbalıyev və Sahibkarlar (İşəgötürənlər) təşkilatları milli konfederasiyasının prezidenti Məmməd Musayev tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Təhlükəsiz və Sağlam Əmək Şəraiti üzrə Milli Üçtərəfli Sosial Şuranın yaradılması ilə bağlı Qərar imzalanıb və həmin Qərarla Şuranın Əsasnaməsi təsdiq olunub.

Konfransda MDB məkanında ilk dəfə olaraq yaradılan Üçtərəfli Sosial Şuranın Baş Kollektiv Sazişdə nəzərdə tutulan sosial tərəfdaşlıq prinsiplərini yeni formatda daha dolğun şəkildə təcəssüm etdirəcəyinə və əməyin mühafizəsi ilə bağlı vahid dövlət siyasətinin inkişafına dəyərli töhfələr verəcəyinə əminlik ifadə olunub. Tədbirdə sosial tərəfdaşları təmsil edən nümayəndələrin, yerli və beynəlxalq ekspertlərin iş yerlərində risklərin qiymətləndirilməsi və iş yerlərinin attestasiyasının aparılması məsələlərinə dair çıxışları dinlənilib, müzakirələr aparılıb.

Nigar Məmmədli