Nazirlikdən “avtoritet” açıqlaması

nazirlikden-avtoritet-aciqlamasi
Oxunma sayı: 652

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri, polis polkovniki Sadiq Gözəlovun verdiyi məlumata görə, ötən gün axşam saatlarında paytaxtın Qaraçuxur qəsəbəsində əvvəllər məhkum olunmuş özlərini kriminal avtoritet adlanıran bir qrup şəxsin toplantı keçirməsi barədə nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə əməliyyat məlumatı daxil olub.

Məlumat araşdırılıb və öz təsdiqini tapandan sonra hadisə yerinə əməliyyat qrupu çıxıb. Əməliyyat zamanı toplantıda iştirak edən bir qrup şəxslər saxlanılıb. Hazırda faktla bağlı araşdırma aparılır.

Sadiq Gözəlovun sözlərinə görə, bəzi mətbuat orqanlarında əməliyyat zamanı atışma baş verməsi, nəticədə ölən və yaralananların olması barədə məlumatlar həqiqətə uyğun deyil. Əməliyyatı yalnız Daxili İşlər Naziriyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi keçirib.

Xatırladaq ki, ötən gün saat 21.00 radələrində hüquq-mühafizə orqanları Bakının Qaraçuxur qəsəbəsində yerləşən “Yağmur” şadlıq evində xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı kriminal aləmlə əlaqəsi avtoritetlər saxlanılıb./anspress.ws/