Nazirliyə olunan 4118 müraciətə səbəb nədir?

nazirliye-olunan-4118-muraciete-sebeb-nedir
Oxunma sayı: 673

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, müraciətlər əsasən, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən verilən güzəştli kreditlər, sahibkarlıq fəaliyyəti, istehlakçıların hüquqlarının müdafiəsi, eləcə də Nazirliyin səlahiyyətlərinə aid olan digər məsələləri əhatə edib.

Telefon Məlumat Mərkəzinə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılıb, şikayət xarakterli müraciətlər isə müvafiq qaydada qeydiyyata alınaraq, Nazirliyin aidiyyəti strukturları tərəfindən qanunvericilikdə müəyyən olunmuş müddətdə baxılıb və nəticəsi barədə müraciətçilərə məlumat verilib.

Nigar Məmmədli