Nəfəslikdən girib dükanı çapdı - Kriminal xəbərlər

nefeslikden-girib-dukani-capdi-kriminal-xeberler-
Oxunma sayı: 761


İyunun 3-ü saat 01 radələrində Avtovağzal ərazisində Gədəbəy rayon sakini Arzuman Ələkbərov və Tərtər rayon sakini Sadiq Kərimov özlərini polis əməkdaşı kimi təqdim edərək Bakı şəhər sakinləri Cəlal Kərimlinin idarə etdiyi «VAZ-21099» markalı və Seymur Rəhimovun idarə etdiyi «Opel» markalı avtomobillərdə axtarış apararkən Binəqədi RPİ PPXB-nin əməkdaşları tərəfindən yaxalanarq ərazi üzrə 40-cı PB-yə təhvil verilmişlər.

Mayın 31-nə keçən gecə Bakı şəhər sakini Elxan Cəbiyevə məxsus A.Nemətulla küçəsində yerləşən mağazadan nəfəslikdən keçmə yolu ilə 600 manat və ərzaq məhsulları oğurlanmışdır. Nərimanov RPİ 17-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Coşqun Mirzəyev, Mircavad Ağayev və Aslan Həsənov iyunun 3-də tutulmuşlar.

Nizami RPİ 25-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 177-ci (oğurluq) maddəsilə axtarışda olan Aytəkin Həsənova iyunun 3-də tutulmuşdur.

İyunun 3-ü saat 08:45 radələrində N.Yusifbəyli küçəsində Bakı şəhər sakini Şöhrət İsmayılov idarə etdiyi «VAZ-2106» markalı avtomobillə Südabə Əliyevanı vurmuş, sonuncu aldığı xəsarətlərdən ölmüşdür.

Bakı şəhər BPİ
Mətbuat xidməti

04.06.2011