“Neft pullarını xərclənməsi şəffafdırmı?”

neft-pullarini-xerclenmesi-seffafdirmi
Oxunma sayı: 684

“Qafqazinfo”nun məlumatına görə, tədbirdə ilk məruzəçi Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı olub. Məruzəçi Qəbələ-Oğuz-Bakı (QOB) su kəməri layihəsinin icrası zamanı yol verilən poztuntulardan danışıb və bildirib ki, Layihə üzrə kəmərin tikintisinə 480 milyon manat ayrılıb: “İcraya başlayanda məsrəflər 737 milyon manata qalxıb, kəmərin tikintisinin sonlarında isə bu rəqəm 1 milyard manata yaxın olub. İndiyə kimi də izah edilmir ki, bu 300 milyon manat fərq necə yaranıb”.

Məruzəsində kəmərin tikintisi zamanı baş verən bir sıra pozuntulara toxunan M. Qəhərmanlı bildirib ki, OQB su kəmərinin tikintisi üçün mülkiyyətçilərdən torpaqların alınması Azərbaycan Respublikası konstitusiyası və qanunvericiliyinin mülkiyyət hüququnun təmin edilməsi üzrə uyğun müddəalarının pozulması ilə həyata keçirilib: “ Mülkiyyətçilərin torpaqları zəbt olunmuş, torpağın və itirilmiş faydaların əvəzinə heç bir kompensasiya ödənilməyib. Torpaqları alınmış mülkiyyətçilərin məruz qaldığı ziyanlar təkcə torpaqlarının itirilməsi ilə bitməyib. Mülkiyyətçilər torpaqlar ilə bərabər illərlə yetişdirdikləri ağaclar və məhsullarını itiriblər. Mülkiyyətçilər bununla bağlıMilli məclisə, Hüquq-mühafizə orqanlarına müraciət etsələr də müraciətləri cavabsız qalıb ”.

İP-nın iqtisadiyyat komissiyasının sədri Qubad İbadoğlunun məruzəsi isə Neft Fondunun vəsaitlərinin idarə olunması ilə bağlı olub. O, bildirib ki, 2011-ci il oktyabrın 1-ə olan məlumata görə, bu vaxtadək Fonda daxilolmalar 61 423,1 milyon ABŞ Dolları olub. Bu vəsaitin 29 180, 6 milyon dolları artıq xərclənib.

Qubad İbadoğlunun sözlərinə görə, rəsmi statistikaya görə 2008-ci ildə Neft Fondunun vəsaitləri 11219,2 mln dollar, bu məbləğdən əldə etdiyi 426,3 mln dollar, 2009-da vəsaitin miqdarı 14900,4, glirləri isə 491,7 mln dollara çatır. 2010-cu isə vəziyyət absurdlaşır vəsaitin məbləği 22766,8-ə qalxsa da, gəlir 1 faizdən də az olur- 195,1 mln dollar.

Məruzəçinin məlumatına görə net pullarının 55.26% ABŞ dolları, 39.67% avro, 5.07% İngilis funt sterlinqi və cəmi 0.07% Azərbaycan manatı ilə saxlanılır.

Məruzədə İctimai Palata adından ölkə prezidentinə və parlamentə Dövlət Neft Fondu haqqında Qanunun qəbulu, Fondun müşahidə Şurasında ictimaiyyətin təmsilçiliyinin təmini, Fondun büdcəsinin dövlət büdcəsi ilə birləşdirilərək ləğv olunması təklifləri irəli sürüldü.
ARDNF-ə isə tövsiyə edildi ki, dünya iqtisadiyyatında və avrozonada mövcud olan qeyri-müəyyənliklər investisiya siyasətinin, xüsusilə səhm bazarları üzrə əməliyyat subyektlərinin dəqiq müəyyən olunmasını tələb edir.

Fatimə Kərimli