Neftçalada su pərisi şoku

neftcalada-su-perisi-soku
Oxunma sayı: 1197

Videonun hələ bir neçə ay öncə xarici ölkələrdən birində çəkilməsilə bağlı fakt ortaya çıxdı. Belə ki, sayta göndərilən http://www.disclose.tv/action/viewvideo/10441/Dead_Mermaid_Found_After_Hurricane_Ike/ linkində videonun Neftçalada çəkilmədiyi aydın əks olunub.
Xatırladaq ki, bu video Salyan rayon sakini Elçin Əziz tərəfindən “Qafqazinfo”ya təqdim olunmuşdu. Videogörüntülərin Neftçalada çəkildiyi, su pərisinin həmin qəsəbənin balıqçılarının Xəzərə tor atarkən tora düşdüyü bildirilib.
“Qafqazinfo” məsələ ilə bağlı Neftçala sakinləri ilə də əlaqə saxlayıb. Rayon sakini, AXCP-nin rayon təşkilatının sədri Fərman Hüseynov bildirib ki, o hazırda Qoltuq qəsəbəsindədir: “Qəsəbədə hamı bu hadisədən danışır. Sakin qəsəbədə bir şok yaşanır. Mən balıqçılarla da danışmışam. Onlar da belə bir xəbər eşitdiklərini deyirlər. Amma onu görən yoxdur. Videomaterial kimə məxsusdur bilinmir”.

Qəsəbənin balıqçılarından biri (brokonyer olduğu üçün adının çəkilməsini istəmir) bunun şayə olduğunu deyib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin direktor müavini Qabil Məmmədov da “Qafqazinfo”ya açıqlamasında bu barədə xəbərsiz olduqlarını deyib: “Biz su pərisi haqqında nağıllarda eşitmişik. Hazırda hamı mənə zəng vurub bu xəbərin dəqiq olub-olmadığını öyrənmək istəyir. Biz də çaş-baş qalmışıq. Neftçalanın İcra strukturlarına məsələni araşdırmağı tapşırmışıq. Amma bunu görən konkret şəxslər haqqında heç bir məlumat olmadığından dəqiqləşdirmə apara bilmirik”.

http://www.disclose.tv/action/viewvideo/10441/Dead_Mermaid_Found_After_Hurricane_Ike/

Nigar