“Neftçi” bəyanat yaydı

neftci-beyanat-yaydi
Oxunma sayı: 653

Bəyanatda deyilir: "Azərbaycanın avrokuboklardakı yeganə təmsilçisi olan "Neftçi" PFK tarixi bir oyunun ərəfəsindədir. Avroliqa turnirinin pley-off mərhələsində çıxış edən komandamız APOEL səddini keçəcəyi təqdirdə sözü gedən yarışın qrup mərhələsinə vəsiqə qazanacaq. Klub olaraq məsuliyyətimizi anlayırıq. Məhz bu tarixdə Füzuli və Cəbrayıl rayonları erməni separatçıları tərəfindən işğala məruz qalıb.
Qələbəyə aparan yolda "Neftçi"nin böyük azarkeş dəstəyinə ehtiyacı var. Belə bir gündə nəinki azarkeşlər, ümumiyyətlə hər bir Azərbaycan vətəndaşı Flaqmanın ətrafında birləşməlidir. "Neftçi" PFK olaraq komandamızı dəstəkləməyə gələcək futbolsevərləri diqqətli olmağa və baş verə biləcək hər hansı təxribata getməməyə çağırırıq. İstənilən xoşagəlməz hal UEFA tərəfindən çox ciddi sanksiyaların verilməsi ilə nəticələnə bilər. Bu isə xalqımızı və dövlətimizi istəməyənləri sevindirəcək. İnanırıq ki, azarkeşlərimiz, ürəyi Azərbaycan futbolu ilə döyünən hər bir vətəndaşımız bu gün həmrəylik nümayiş etdirərərək komandamızı layıqli bir şəkildə dəstəkləyəcək".