“Neftçi”-“İnter” oyununda bilet qalmaqalı

neftci-inter-oyununda-bilet-qalmaqali
Oxunma sayı: 643

Dünən Bakıda keçirilən “Neftçi” ilə dünyanın ən məşhur klublarından biri olan “İnter” qarşılaşması qalmaqalsız ötüşməyib. Belə ki, azarkeşlər əllərində bilet ola-ola içəri keçməkdə çətinlik çəkdiklərini bildiriblər.

Bu barədə “Qafqazinfo”ya məlumat verən azarkeşlər qeyd ediblər ki, oyun saat 21:00-da başlasa da, cəmi 5 dəqiqə gecikdikləri üçün və biletləti olmağına baxmayaraq içəri buraxılmayıblar: “Təxminən 1000-ə yaxın azarkeş idik. Bizə dedilər ki, yer yoxdur”.

Azarkeşlərin sözlərinə görə, məlum olub ki, eyni biletlər bir neçə adama satılıb. Onlar hətta polislərin bilet almadan gəlmiş insanları pul alaraq içəri buraxdığını da iddia ediblər: “Ona görə də biz əlimizdəki biletlə içəri keçə bilmirdik”.

Mövzu ilə bağlı məsul şəxslərin mövqeyini öyrənməyə çalışacağıq.