“Neftçi” qızıl medallara bu gün qovuşacaq

neftci-qizil-medallara-bu-gun-qovusacaq
Oxunma sayı: 681

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Unibank Premyer Liqasının 2010-2011 mövsümündə ilk 3 yeri tutmuş “Neftçi”, “Xəzər Lənkəran” və “Qarabağ”a uyğun olaraq qızıl, gümüş və bürünc medallar veriləcək. Tədbirdə ötən mövsümün ən yaxşı qapıçısı, müdafiəçisi, yarımmüdafiəçisi, hücumçusu, ən yaxşı futbolçusu, məşqçisi və idman jurnalistinin adı müəyyənləşəcək. Həmçinin mövsümün ən gözəl qolu seçiləcək. Tədbir saat 19:00-da başlanacaq.

Ceyhun