“Neftçi”dən qələbəyə layiq məğlubiyyət - 1:3

neftciden-qelebeye-layiq-meglubiyyet-13
Oxunma sayı: 665

Qafqazinfo xəbər verir ki, Azərbaycan çempionu “Neftçi” də bu turnirdə növbəti oyununa çıxıb.

“Neftçi” qrup mərhələsi çərçivəsindəki ilk və tarixi oyununda Serbiya “Partizan”ı ilə görüşmüşdü. Komandamız səfərdə oynasa da, qənaətbəxş nəticə qazanmağı bacarmışdı – 0:0. Hazırda Bakıda Tofiq Bəhramov stadionunda “İnter”lə qarşı-qarşıya gəlib. Və ilk hissədə komandamız qapısında üç cavabsız qol görüb.

***
İkinci hissədə Neftçi, nəhayət, fərqi azaltmağı bacarır. 53-cü dəqiqədə Vobayın qapı qarşısına ötürməsindən sonra Kanales topu boş qapıdan keçirir.

Bu da son. Təmsilçimiz 1-3 hesabı ilə məğlub oldu.

Avropa Liqası
H qrupu

NEFTÇİ – İNTER (Milan)
Baş hakim: Kevin Blom (Hollandiya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

NEFTÇİ: 30. Saşa Stamenkoviç, 5. İqor Mitreski, 16. Bruno Bertuççi, 22. Mahir Şükürov, 32. Elvin Yunuszadə, 6. Rəşad Sadiqov, 9. Flavinyo, 10. Julius Vobay, 15. Erik Ramos, 11. Nikolas Kanales, 21. Kamil Nurəhmədov.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 3. Saşa Yunisoğlu, 4. Tərlan Quliyev, 17. Araz Abdullayev, 19. Mirhüseyn Seyidov, 8. Elşən Abdullayev, 28. Emin Mehdiyev.
Baş məşqçi: Böyükağa Hacıyev.

İNTER: 1. Samir Handanoviç, 6. Matias Silvestre, 21. Alvaro Pereyra, 40. Juan, 42. Conatan, 14. Freddi Qurarin, 16. Qabi Mudinqayi, 19. Esteban Kambyasso (k), 20. Joel Obi, 7. Koutinyo, 88. Marko Livaya.
Ehtiyat oyunçular: 12. Luka Kastellatsi, 23. Andrea Ranokkya, 44. Matteo Byanketti, 55. Yuto Naqatomo, 21. Valter Qarqano, 24. Marko Benassi, 61. Luka Qarritano.
Baş məşqçi: Andrea Stramaççoni.