Neftçilər prospekti yenidən təmirə bağlanılır

neftciler-prospekti-yeniden-temire-baglanilir
Oxunma sayı: 645

Bu barədə day.az saytına Bakı şəhər Yol Polis İdarəsinin yol hərəkətinin təşkili şöbəsinin rəisi Vasif İslamov məlumat verib. O, Əl Oyunları Sarayından Yusif Səfərov küçəsinədək ərazinin təmir olunacağını bildirib.

"Prospektin asfalt örtüyü tam yenilənəcək. Bu zaman prospekt tam bağlanmayacaq. İşlər mərhələli şəkildə aparılıcaq. İşlərin ən qısa zamanda başa çatdırılması üçün 3 növbəli iş rejiminin tətbiqini təklif etmişik", - deyə A.İslamov bildirib. O, hazırda səkilərin dəyişdirilməsi prosesinin getdiyini də söyləyib: "İşlər mayadək başa çatdırılmalıdır. Ən qısa vaxtda sürücülərə prospektin bağlanmasından sonra hansı alternativ yollardan istifadə edə biləcəklərinə dair məlumat veriləcək".

Prospektdə təmir işlərinin aparılması ilə məşğul olan podratçı şirkətin adını açıqlamayan nümayəndəsi isə bildirib ki, təmir zamanı prospektdə bir zolaq bağlanacaq, digər zolaq isə avtomobillərin hərəkəti üçün açıq saxlanılacaq: "Bir zolaqda işlər bitdikdən sonra digər hissəyə keçəcəyik".