“Neftçi”nin oyunundakı davanın - Videosu

neftcinin-oyunundaki-davanin-videosu
Oxunma sayı: 649

“Qafqazinfo”nun qol.az-a istinadən məlumatına görə, oyundan öncə azarkeşlərlə polis arasında qarşıdurma olub. Buna səbəb bir qrup azarkeşin1995-ci ildə baş tutmuş matçda yunan azarkeşlər tərəfindən Türkiyə bayrağının yandırılmasına etiraz olaraq, bu gün APOEL-in təmsil etdiyi Kiprin bayrağını yandırmaq istəyi olub. Bu zaman polislə azarkeşlər arasında insident yaşanıb.

Asayiş keşikçiləri Kiprin bayrağının yandırılmasına imkan verməyiblər. Vəziyyətə “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov da müdaxilə edib.

Hadisə nəticəsində bir azarkeşin saxlanıldığı bildirilir.