“Neftçi”nin stadionla bağlı problemi yoxdur - Açıqlama

neftcinin-stadionla-bagli-problemi-yoxdur-aciqlama
Oxunma sayı: 642

Stadionun direktoru Akif İsmayılov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, sözügedən məsələ barədə xəbərdar deyil: “Bu barədə məlumatı eşitməmişəm. “Neftçi” son iki məşqini Tofiq Bəhrəmov adında stadionda keçirəcək. Həm “Neftçi” satdionda neçə dəfə məşq etməli idiki?!”

Məsələyə öz münasibətini bildirən “Neftçi”nin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə də yayılan məlumatın düzgün olmadığını açıqlayıb: “Bu məlumat yalnışdır. “Neftçi” yalnız son iki məşqini Tofiq Bəhrəmov adına Stadionda etməyi nəzərdə tutub. Bu məşqlər üçün də lazımı şərait yaradılıb. Klub sabah və o biri gün stadionda əsas məşqlərini edəcək. Hazırda isə “Neftçi” öz bazasında məşqlərini davam etdirir”.

Sevinc