Nemət Pənahlı bir həftədir acdır

nemet-penahli-bir-heftedir-acdir
Oxunma sayı: 638

Bu barədə “Qafqazinfo”ya onun həyat yoldaşı Həcər Pənahlı məlumat verib. Onun sözlərinə görə, artıq bir həftədir Nemət Pənahlı aclıq aksiyası keçirir, lakin həbsxana rəisi bu barədə məlumatların yayılmasına mane olur: “Biz dünən əlimizdə məhkəmə qərarı olduğu halda Nemətlə görüşə bilmədik, həbsxana rəis nə bizi, nə də vəkili içəri buraxmadı. Bu gün artıq bəhanələri olmadığından vəkil onunla görüşüb. Və o vəkildən xahiş edib ki, bu barədə bütün mətbuata informasiya versin ki, o, bir həftədir aclıq aksiyası keçirir”. H. Pənahlı onu da iddia edir ki, həbsxana rəisi N. Pənahlıya fiziki təzyiq edir. “Bir həftə aclıq keçirən adamı döyür, üstəgələ döyəndə deyirmiş ki, “Dünyanın işinə bax, gör kimi döyürəm, kimə əl qaldırıram?”. Hətta həbsxana rəisi Zaur adlı bir oğlana da tapşırıb ki, onun əsəblərini pozsun, incitsin. Həmin Zaur tez-tez ona söz atır, incidir və deyir ki, “Necə sübut edəcəksiniz ki? Kim görür ki, bizi burada?”.

Məhbusun həyat yoldaşı onu da vurğulayıb ki, onlar həbsxana rəisini məhkəməyə verəcəklər: “Onlar bilsin ki, bu məsələ belə qalmayacaq, onsuz da biz onu məhkəməyə verəcəyik. Nemət həbs olunsa da, həbsxana rəisinin onu döyməyə ixtiyarı yoxdur.”

Fatimə Kərimli