“Nemət Pənahlı vicdan məhbusu kimi tanınmalıdır”

nemet-penahli-vicdan-mehbusu-kimi-taninmalidir-
Oxunma sayı: 664

Hərəkatın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumatda deyilir ki, müraciətdə Nemət Pənahlının keçdiyi siyasi fəaliyyət yolu, üzərində qurulan məhkəmədə hüququ pozuntular və bu xüsusda Azərbaycanın öhdəlik kimi götürdüyü beynəlxalq konvensiyaların yerinə yetirməməsi öz əksini tapıb.

Hərəkatın Amnesty International-a növbəti müraciəti 14 il azadlıqdan məhrum olunmuş ilə Mikayıl İdrisov və digərləri ilə bağlı olacaq. Artıq bununla bağlı sənədlər hazırlanır.

Qeyd edək ki, “İnsan Haqları Uğrunda” İctimai Hərəkat vicdan məhbusu Cabbar Savalanın azad olunması üçün kampaniyaya başlayıb. Bu kampaniya dövlət başçısı İlham Əliyevə “Günahsız həbsdə yatan, heç bir günahı olmayan vicdan məhbusu Cabbar Savalanı azadlığa buraxın!” mətni ilə əks olunmuş teleqramın göndərilməsidir.

“İnsan Haqları Uğrunda” İctimai Hərəkat hesab edir ki, Cabbar Savalan, Bəxtiyar Hacıyev və 2 aprel aksiyasında həbs olunanların cinayət işləri haqqında tam və müfəssəl məlumatlara malik olan beynəlxalq təşkilatların diqqətində olsa da, bir çox sifarişli məhkəmə hökmləri ilə azadlıqdan məhrum olunan siyasi məhbusların məsələsi digər işlərlə müqayisədə prioritet təşkil etmir. İctimai Hərəkat hüquqi nihlizm şəraitində siyasi əqidəsinə və dünyagörüşünə görə repressiyaya məruz qalmış şəxslərin işlərini beynəlxalq aləmdə aktuallaşdırmağı öz prioritetlərindən biri hesab edir.