Nemət Pənahlının anasının da vəziyyəti pisləşdi

nemet-penahlinin-anasinin-da-veziyyeti-pislesdi
Oxunma sayı: 673

“Qafqazinfo” xəbər verir ki, bu məlumatı “Media forum” saytına Nemət Pənahlının həyat yoldaşı Həcər Pənahlı verib. Həcər Pənahlı deyib ki, 20 gündən çoxdur evin elektrik enerjisi kəsilib: “Sara xanımın xəstəliyinə səbəb də soyuq ev şəraiti oldu. Bu, qisasçılıqdır. Yanvarın 13-də Nemət Pənahlının atası dünyasını dəyişdi. İndi anasının durumu ağırdır. Yəqin ki, bir azdan sıra bizim övladlarımıza gələcək. Düşmənçilikdir. Evimizin işığını kəsiblər, adını da qoyublar Nemət Pənahlının 2005-ci ildən min yüz manat borcu var. Müraciət etmədiyim yer qalmayıb. Amma faydası yoxdur”.

Xalq hərəkatının liderlərindən olmuş Nemət Pənahlı 2011-ci il yanvarın 8-də tutulub, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham edilib və 6 il müddətinə azadlıqdan məhrum olunub. Bakıdakı 17 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır.