Nemət Pənahlının evi satışa çıxarıldı

nemet-penahlinin-evi-satisa-cixarildi
Oxunma sayı: 648

Onun sözlərinə görə, 1 saylı inzibati iqtisadi məhkəmədən ərizə gəlib. Pənahlı iddiaçı tərəfin Bakı Şəhər Vergilər Departamenti olduğunu deyib. Pənahlı bildirib ki, dünən Nemət Pənahlının vəkili onunla görüşüb. Vəkil artıq Pənahlının qan şəkəri olduğunu bildirib. Səməd Pənahlı indiyədək nəsillərində heç kimin bu xəstəliyə tutulmadığını qeyd edib. Onun sözlərinə görə, əgər qardaşının başından bir tük əskik olsa bunun məsuliyyətini ölkə rəhbərliyi daşıyacaq. O, ailəsinin Türkiyədən rəsmi sığınacaq istəyəcəklərini söyləyib: “Hamı Nemət Pənahlıya deyirdi ki, Avropaya müraciət et. Qardaşım da deyirdi ki, mən öz dövlətimdən, prezidentimdən heç kimə şikayət etmərəm. Amma artıq bu biabırçılığa son qoyulmalıdır. Mən özüm Avropaya müraciət edəcəyəm. Bir neçə dildə qardaşımın fəaliyyəti ilə bağlı disklər yazdıracağam”.