Nəqliyyat Nazirliyinin qarşısında intihara cəhd

neqliyyat-nazirliyinin-qarsisinda-intihara-cehd
Oxunma sayı: 648

Onlar bu gün də Nəqliyyat Nazirliyinin qarşına toplaşmağa cəhd ediblər.

Hadisə yerindən məlumat verən reportyorumuz Fərahim İlqaroğlunun sözlərinə görə, polis qüvvələri taksi sürücülərini nazirliyin binasına yaxın buraxmamaq üçün hər cür tədbirlər görüblər.

Reportyorumuz xəbər verir ki, Nəqliyyat Nazirliyinin köhnə avtomobillərlə taksi xidməti göstərməyə qoyduğu qadağaya etiraz olaraq Nəbi adlı bir sürücü lezva udub. Polislər onun ağzını zorla açmaq istəyib, daha sonra döyə-döyə polis məntəqəsinə aparıblar.
Qeyd edək ki, Nəqliyyat Nazirliyi öz mövqeyindən geri çəkilmək istəmir. Sürücülər isə taksi xidmətinin onlar üçün axırıncı dolanışıq yeri olduğunu bildirir, onların fəaliyyətinin lisenziyalaşdırılmasını tələb edirlər.

***

F.İlqaroğlunun sözlərinə görə, polislər sürücülərlə yanaşı öz peşı borcunu yerinə yetirən jurnalistlərə qarşı da aqressiv davranıblar: "Onlar məni fotokameramı da əlimdən aldılar. Elə bildim yerə çırpıb sındıracaqlar. Amma Muradov soyadlı polis zabitinin işə qarışmasından sonra kameramı qaytardılar. Məlum oldu ki, müxtəlif rakurslardan çəkdiyim 7-8 fotoşəkil kameranın yaddaşından silinib".

Bundan başqa, "Turan" agentliyinin fotoreportyoru Etimad Budaqov da təzyiqlərə məruz qalıb. O, şəkil çəkmək istəyərkn polislər onu itələyib yerə yıxıblar.

Musavat.com