Nərimanov rayonunda qaz kəsildi, dərslər iflic oldu

nerimanov-rayonunda-qaz-kesildi-dersler-iflic-oldu
Oxunma sayı: 709

Bakının bəzi yerlərində iki gündür qazlar kəsilib, sakinlər çətinliklərlə qarşılaşıblar. Nərimanov rayonunun bəzi hissələrinə mavi yanacağın verilməməsi səbəbində məktəblərin də işi iflic olub. Qazla işləyən qazanxanaların dayanması Nərimanov rayonundakı təhsil müəssisələrinin istiliklə təmin olunmasını əngəl yaradıb.

Modern.az-ın məlumatına görə, yanvarın 30-da Nərimanov rayonundakı bəzi təhsil müəssisələrində səhər növbəsində oxuyan uşaqlar geri qaytarılıb. Məktəblərdə siniflərin soyuq olması təhsil ocaqlarının rəhbərliyini buna məcbur edib.