“NİDA”çı gənc narkotiklə bağlı saxlanılıb

nidaci-genc-narkotikle-bagli-saxlanilib
Oxunma sayı: 654

Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə APA-nın sorğusuna cavabında bildirib ki, Zaur Qurbanlı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar daxil olan əməliyyat məlumatı əsasında saxlanılarkən polis əməkdaşlarına müqavimət göstərib.

Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığına görə onun barəsində Abşeron Rayon Məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsinin tələblərinə əsasən 15 gün müddətinə inzibati həbs qərarı çıxarılıb.

O. Mansurzadə, həmçinin bildirib ki, Z. Qurbanlının iş yerində aparılan axtarış zamanı qanunsuz sənədlər və digər əşyalar aşkar edilərək götürülüb. Hazırda bununla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Z. Qurbanlı bir neçə gün əvvəl tutulub.