Nigar Camal bayrağımızı tərsinə tutdu - Foto

nigar-camal-bayragimizi-tersine-tutdu-foto
Oxunma sayı: 633

Modern.az-ın əməkdaşı türk KİV-lərində festival barədə gedən yazıları izləyərkən bu məqam diqqətini çəkib.

Qeyd edək ki, bu festivala qatılan qaliblər əllərindəki bayrağın fərqinə varmadan özlərinin hit mahnılarını oxuyublar. Nigar Camal əlində tərsinə tikilmiş bayraqla KİV-lərə müsahibə verərək “bir millət iki dövlət” olmaları ilə fəxr etdiklərini bildirib.

Tərsinə asılmış bayraq mükafatı onlara təqdim edən bələdiyyə başqanı Halil Posbıyıkn da diqqətini çəkməyib. Beləcə üç rəngli Azərbaycan bayrağını ələrində yellədən Nigar Camal və Eldar hansı ölkənin bayrağını qaldırdıqlarının belə fərqində olmayıblar.

Qəsəbənin bələdiyyə başçısı Halil Posbıyıkın mərasimdəki çıxışında Türkiyə və Azərbaycan türklərinin qardaş olduğunu bildirməklə işimiz yox. Amma onun dediyi “Biz tək millət, iki dövlətik. Eldar və Nigar Avropada bütün millətlərin önündə Türkiyə bayrağı ilə səhnəyə çıxaraq iki ölkənin qardaşlığını nümayiş etdirdi” sözlərindən sonra tərsinə asılmış bayrağı seyr etmək o qədər də xoş ovqat yaratmırdı. Görüntülər türk kanallarında da yayımlanıb. Bu da tədbirin təşkilatçılarının böyük qəbahəti...