Niqablı qadın prezidentliyə namizəd olacaq

niqabli-qadin-prezidentliye-namized-olacaq
Oxunma sayı: 988

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən əldə etdiyi məlumata görə, Kenza Drider adlı qadın Fransa mətbuatına verdiyi açıqlamada “bütün fransız qadınların haqlarını qorumaq” üçün namizədliyini irəli sürəcəyini deyib.
Niqaba olan qadağanın fundamental insan hüquq və azadıqlarına zidd olduğunu bəyan edən bir qrup qadınla birlikdə mübarizə aparan Drider namizədliyini bu gün rəsmən açıqlayacağını bildirib.
Aprel ayında qüvvəyə minən qanuna görə, ictimai yerlərdə niqablı gəzənlərə 150 avro cərimə tətbiq olunur.