Nişanlandı, sonra özünü asdı - Faciə

nisanlandi-sonra-ozunu-asdi-facie
Oxunma sayı: 675

Rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, Ləkit Kütüklü kənd sakini, 22 yaşlı Coşqun Rəhimov özünü ağacdan asıb.

İşi araşdıran Qax rayon prokurorluğunun müstəntiqi İlqar Səfərov Milli.Az-a açıqlamasında bildirdi ki, mərhumun meyiti dünən səhər saatlarında kənd ərazisindəki meşə zolağında asılmış vəziyyətdə aşkarlanıb. O, özünü bel kəməri ilə ağacdan asıb.

Müstəntiqin sözlərinə görə, mərhum 3-4 gün əvvəl nişanlanıbmış. Onun özünə qəsd etməsinin səbəbləri araşdırlır.

Faktla bağlı cinayət məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.